10 sentyabr 2013 12:46
İstanbul Bakıya rəqib olur
Türkiyə 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının ölkədə keçirilməsi üçün ərizə vermək niyyətindədi. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, çempionatın İstanbulda keçirilməsi ilə bağlı ərizə 2014-cü ilin aprelində UEFA-ya təqdim ediləcək. Futbol üzrə Avropa çempionatının keçirilməsi haqqında qərar 2014-cü ilin sentyabrında qəbul ediləcək.
Daha əvvəl Türkiyə 2020-ci il Olimpiya və Paralimpiya oyunlarının İstanbulda keçirilməsi barədə ərizə verib. Lakin sentyabrın 7-də Argentinanın Buenos-Ayres şəhərində Beynəlxalq Olimpiya Komitəsi 125-ci sessiyasında Olimpiyadanın Yaponiyanın paytaxtı Tokioda keçirilməsi barədə qərar qəbul edib.
