11 sentyabr 2013 01:07
Lüksemburq Azərbaycanı qrup sonuncusu etdi, Rusiya lider oldu (YENİLƏNİB)
Futbol üzrə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupunda da iki oyun baş tutub.
Rusiya öz meydanında İsraili qəbul edib. Bir neçə gün öncə Ramat Qanda yığmamızla sülh bağlayan Eli Qutmanın yetirmələri ruslarla görüşdə həm bu xal itkisini, həm də şimal qonşularımızla ev oyunundakı 0:4 hesablı məğlubiyyəti unutdurmağı hədəfləmişdilər. Rusiya isə qrup liderliyinə yüksəlmək üçün dogma azarkeşləri önündə mütləq qələbə qazanmalıydı. Gözlənildiyi kimi, ruslar bu görüşdə inamlı qələbə qazanaraq, liderliyi ələ keçiriblər.
Digər oyunda isə qrupun autsayderi Lüksemburq Şimali İrlandiyanı qəbul edib. Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansını itirən komandaların oyunu yalnız reytinq baxımından əhəmiyyətliydi. Lüksemburq qalib gəlsə, həm irlandlara çatacaq, həm də yığmamızı qabaqlayaraq, Azərbaycanı qrup sonuncusu edəcəkdi. Şimali İrlandiya qalib gələcəyi halda isə, millimizin bu komandanı turnir cədvəlində qabaqlaması demək olar ki, mümkünsüz olacaqdı. Beş qolun vurulduğu matçda qələbə Lüksemburqa qismət olub. Nəticədə, Azərbaycan qrupun sonuncusu olub.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
10 sentyabr
Rusiya - İsrail - 3:1
Qollar: Vasili Berezutski, 50, Aleksandr Kokorin, 52, Denis Qluşakov, 74 - Eran Zahavi, 90.
Lüksemburq - Şimali İrlandiya - 3:2
Qollar: Aurelin Yoahim, 45, Stefano Bensi, 78, Matias Yaniş, 87 - Martin Peterson, 14, Qaret Makauli, 82.
| 1 | Rusiya | 8 | 6 | 0 | 2 | 15 | 4 | +11 | 18 |
| 2 | Portuqaliya | 8 | 5 | 2 | 1 | 16 | 8 | +8 | 17 |
| 3 | İsrail | 8 | 3 | 3 | 2 | 17 | 12 | +5 | 12 |
| 4 | Şim.İrlandiya | 8 | 1 | 3 | 4 | 8 | 14 | –6 | 6 |
| 5 | Lüksemburq | 8 | 1 | 3 | 4 | 7 | 19 | –12 | 6 |
| 6 | Azərbaycan | 8 | 0 | 5 | 3 | 4 | 10 | –6 | 5 |
