11 sentyabr 2013 01:11
Bakının oyunçuları Litvaya qələbə qazandırdılar
Futbol üzrə Litva yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda doğma divarlar arasında Lixtenşteynlə qarşılaşıb.
Qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Litvalıların heyətində Premyer Liqamızda çıxış edən iki futbolçu da bu oyunun iştirakçısı olub. Bunlar “Bakı”da top qovan Mindauqas Kalonasla Deyvidas Çesnauskidi. Hər iki futbolçu meydana start heyətdə çıxıb. Kalonas 72 dəqiqə meydanda olub. Çesnauski sonadək mübarizə aparb.
