10 sentyabr 2013 13:38
Qarabağın millidəki futbolçuları geri döndü
“Qarabağ” “Rəvan”la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, milli oyunlarla əlaqədar Ağdam klubu məşqlərini sadəcə 10 futbolçuyla davam etməyə məcbur olmuşdu.
Artıq Azərbaycan millisinin düşərgəsində olan Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev və Vüqar Nadirov geri dönüblər. Amma Ansi Aqolli, Admir Teli hələ də Albaniya, Nikolas Gelaşvili isə Gürcüstan yığmasının düşərgəsindədi. Ulrix Kapolonqo isə Konqonun heyətində qol vuraraq millisini məğlubiyyətdən qurtarıb və tezliklə komandasının düşərgəsinə qayıdacaq.
Qeyd edək ki, “Rəvan” – “Qarabağ” oyunu sentyabrın 13-də “Bayıl Arena”da keçiriləcək və saat 19:00-da başlayacaq.
