11 sentyabr 2013 01:45
Qəbələnin futbolçusu Kiprlə oyunda qələbəni kənardan izlədi
Futbol üzrə Sloveniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda səfərdə Kiprlə üz-üzə gəlib.
Görüş Sloveniyanın qələbəsi ilə başa çatıb – 2:0.
Premyer Liqamızda çıxış edən bir futbolçu da bu oyunun iştirakçısı ola bilərdi. Amma sloveniyalıların baş məşqçisi Sreçko Katanets “Qəbələ”də top qovan Deyan Kelharı sonadək ehtiyatda saxlayıb.
