10 sentyabr 2013 13:59
Məşqçilərimiz lisenziyalarını yeniləməli olacaqlar
Oktyabrın 1-dən etibarən AFFA tərəfindən Bakı şəhərində UEFA-nın "B", "A" və "C" kateqoriyalı məşqçi lisenziyalarının yenilənmə kursları keçiriləcək. Azerisport.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Lisenziya və diplomun surəti
Kursda iştirak üçün ödənişin məbləği:
- C lisenziya üçün 100 manat
- B lisenziya üçün 300 manat
- A lisenziya üçün 500 manat
Ödəniş nağd və ya köçurmə yolu ilə aparıla bilər.
