11 sentyabr 2013 01:56
Qarabağın oyunçusu fərqləndi, Aqoli izlədi, albanlar uduzdular
Futbol üzrə Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda səfərdə İslandiya ilə üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Albanlar 1:2 hesablı yenilgi ilə üzləşiblər.
Premyer Liqamızda çıxış edən bir futbolçu da bu oyunun iştirakçısı olub. Belə ki, albaniyalıların düşərgəsində “Qarabağ”ın müdafiəçisi Admir Teli start heyətdə çıxdığı oyunda sonadək meydanda olub. O, 78-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb. Ağdamlıların digər müdafiəçisi Ansi Aqoli isə bundan əvvəlki oyunda sarı vərəqə aldığı üçün bu qarşılaşmanı cəza səbəbindən buraxmalı olub.
