10 sentyabr 2013 14:11
Simurq vətənə qayıtdı
Dünən Tiflisdə Rustavi “Metallurq”u ilə yoxlama oyunu keçirən “Simurq” Gürcüstandakı təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, Zaqatala klubu oyundan sonra vətənə dönüb.
Baş məşqçi Georgi Çixradze bu gün yetirmələrinə istirahət verib. Sabah yenidən toplaşacaq komanda “Sumqayıt”la oyunun hazırlıqlarına start verəcək.
