10 sentyabr 2013 14:32
Azərbaycan Portuqaliya ilə iki oyun keçirəcək
Futzal üzrə Azərbaycan yığması Portuqaliya millisi ilə yoxlama oyunları keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız portəgizlərlə iki sınaq matçına çıxmağı planlaşdırır.
Hər iki görüş Portuqaliya keçiriləcək. Oyunların sentyabrın 17-də və 18-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hər iki komanda 2014-cü ildə (28 yanvar – 5 fevral) keçiriləcək Avropa çempionatına hazırlaşır. Həm Portuqaliya, həm də Azərbaycan millisi artıq bu turnirin final mərhələsinə vəsiqə qazanıb. AÇ-nin püşkatma mərasimi oktyabrın 4-də keçiriləcək.
