10 sentyabr 2013 16:35
Sumqayıt Simurqla oyunun hazırlığını davam etdirir
"Sumqayı" Futbol Klubu Topaz Premyer Liqasının növbəti turu çərçivəsində Qəbələ şəhər stadionunda "Simurq"un qonağı olacaq. Azerisport.az xəbər verir ki, komanda Sumqayıt İdman Mərkəzində bu oyun üçün hazırlıqlarını davam etdirir.
A millinin heyətindən qayıdan Ruslan Qurbanov, Anar Nəzirov və U-21-də yer almış Nurlan Novruzov, Slavik Alxasov, Elşən Abdullayev, Kərim Diniyev artıq məşqlərə başlayıb. Aleksandr Çertoqanov yüngül zədəsi olduğu üçün fərdi məşqlərlə kifayətlənib.
Qeyd edək ki, U-19-un heyətində yer alan Ruslan Nəsirli və Orxan Əliyev isə sabahdan məşqlərə qatılacaq.
