11 sentyabr 2013 18:19
Azərbaycan yığması Beşiktaşla heç-heçə etdi
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması “Beşiktaş” klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
