11 sentyabr 2013 11:12
Vaqif Cavadov: Rusiyanı Bakıda məğlub edə bilərik
Futbol üzrə Azərbaycan yığmasının və “İnter”in hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
- Mövsümə uğursuz başlayan “İnter” nə vaxt özünə gələcək?
- Hazırda vəziyyət bir qədər yaxşıdı. Əlbəttə, tez-tez qalib gəlsəydik, komandadakı atmosfer daha yaxşı olardı. Uşaqlar da düşdüyümüz bu vəziyyətin çətinliyini anlayırlar. Amma biz liderlər qrupuna qayıdacağımıza inanırıq. Hər şey özümüzdən asılıdı.

- Beş oyundan sonra cəmi 3 toplaya bilmisiz. Bunun günahı kimdədi?
- Yerli futbolçular komandanın yeni oyun sisteminə tam uyğunlaşa, “İnter”in necə oynadığını anlaya bilmirdilər. Müəyyən bəxtsizlik də var. Adətən hesabı biz açsaq da, sonda uduzuruq. Əlbəttə, bütün bu uğursuzluqların günahı yerli futbolçulardadı. Ümid edirəm ki, növbəti turdan hər şey dəyişəcək.

- Komandanızı “Neftçi” ilə derbi gözləyir...
- Qələbə qazanmaq istəyirik. Qələbə bizim özümüzə gəlməyimizə şərait yaradacaq. Çünki çempionu məğlub etmiş olacağıq. “Neftçi” yenə də mövsümün əsas favoriti hesab olunur.
- Amma bu komanda son turda “Bakı”ya 0:3 hesabıyla məğlub olub...
- Heç kim deyə bilməz ki, “Neftçi” bir daha uduzmayacaq Hər bir klub uduza bilər. Çempionatın da sistemi elədi ki, hər bir klub digərləri ilə dörd dəfə üz-üzə gələcək. Bu görüşlərdə istənilən nəticə qeydə alına bilər. “Bakı”nın həmin qələbəsi də “Neftçi”nin zəif olduğu anlamına gəlməməlidi. “İnter” çempionluğa oynadığını göstərməyə borcludu. Bizim vəziyyətimiz çətindi. Amma faciəvi deyil.
- “Neftçi” ötən mövsümlə müqayisədə çox dəyişib?
- Deməzdim. Vobayla Kanales yoxdu. Sonuncunun yoxluğu hiss olunur. Amma gəlin unutmayaq ki, “Neftçi” iki oyunçudan asılı komanda deyil. Kanales getsə də, ona qol ötürməsi edən futbolçular hələ də heyətdədilər. Deməli, çempion əvvəlki kimi, yenə də güclüdü.

- Yığmamızın İsraillə səfər oyununu necə qiymətləndirə bilərsiz?
- Komandamız yaxşı oynadı. Baxmayaraq ki, belə rəqibə qarşı səfərdə mübarizə aparmaq çox çətin idi. Qələbə də qazana bilərdik. Amma alınmadı. Artıq üç oyundu ardıcıl heç-heçə edirik. Artıq qalan son iki oyunumuzda daha yaxşı nəticə qazanmağa çalışmalıyıq.

- Yəni, Şimali İrlandiya və Rusiya ilə oyunlarda qələbə qazanmağı nəzərdə tutursuz?
- Hər iki oyundan xallarla ayrılmaq lazımdı. Çünki evdə oynayacağıq, azarkeşlər də bizdən uğur gözləyəcəklər. Rusiya Bakıya qələbə üçün gələcək ki, qrup birincisi olsun. Biz Moskvada hakimin mübahisəli penalti qərarı nəticəsində uduzduq. Bu dəfə tam fərqli olaaq. Əgər çox çalışsaq, Rusiyanı məğlub edə bilərik.