11 sentyabr 2013 11:33
Aleksandr Səmədov: Hər şeyə Azərbaycanda aydınlıq gələcək
Futbol üzrə Rusiya yığmasının azərbaycanlı yarımmüdafiəçisi Aleksandr Səmədov şimal qonşularımızın DÇ-2014-ün seçmə mərhələsindəki şanslarından danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında hər şeyə Bakıdakı oyunda aydınlıq gələcəyini bildirib:
“Mənə elə gəlir ki, İsraillə oyunda birinci hissədə də çoxlu qol vəziyyəti yaratdıq. Sadəcə, onları reallaşdırmaq bizdə alınmadı. Amma ikinci 45 dəqiqədə ardıcıl iki qolu vurduqdan sonra oyunumuz getməyə başladı. Artıq belə çıxır ki, hər şeyə Azərbaycanda aydınlıq gələcək”.