11 sentyabr 2013 12:15
“AFFA prezidenti Rusiya ilə oyunda azərbaycanlı futbolçulara çox yaxşı mükafat söz verəcək”
Rusiyalı futbol mütəxəssisi Valeri Reynqold ölkəsinin yığma komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Azərbaycanla matç son dövrlərin ən çətin oyunu olacaq. İsrail və Lüksemburqla oyunlardakı qələbəyə görə çox sağ olun, amma onları unutmaq lazımdı. Əminəm ki, Azərbaycan Futbol Federasiyasının prezidenti futbolçularına olduqca yaxşı pul mükafatı söz verəcək. Həm də bu oyunda rəqibimizi portuqaliyalılar da motivasiya edə bilərlər”.
Maraq üçün bildirək ki, Rusiyanı qarşıda Lüksemburq və Azərbaycanla səfər oyunları gözləyir.