11 sentyabr 2013 12:36
Asim Xudiyev Avroliqaya daha bir təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 19-da keçiriləcək “Şerif” (Moldova) – “Anji” (Mahaçqala) oyununun hakim-inspektoru olacaq.
