12 sentyabr 2013 00:55
Erik Ramos:3 xal bizə hava-su kimi lazımdı
“Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos “İnter”lə oyun öncəsi klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“İnter” mövsümə istədiyi kimi başlamayıb. Bu səbəbdən xal qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Amma təbii ki, 3 xal bizə də hava-su kimi lazımdı. Buna görə də sabah meydana yalnız qələbə üçün çıxacağıq. Çempionat uzun marafon olsa da burada hər xal qızıl dəyərindədi. Çalışacağıq ki, qalib gəlib azarkeşlərimizi sevindirək”.
