12 sentyabr 2013 00:04
Rəşad Sadiqov: İnterin zəif çıxışı bizi arxayınlaşdırmır
“Neftçi”nin kapitanı Rəşad Sadiqov Topaz Premyer Liqasının 6-cı turunun “İnter”lə keçiriləcək oyunu haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Çətin oyun olacağını bilirik. “İnter”in zəif çıxışı bizi arxayınlaşdırmır. Rəqibə hörmətlə yanaşırıq. Komanda olaraq yalnız qələbəyə köklənmişik. Bu oyunda azarkeşlərimizin güclü dəstəyinə ehtiyacımız olacaq. İnanıram ki, qələbə qazanıb turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıracağıq”.
