12 sentyabr 2013 01:03
Aleksandr Səmədov: Azərbaycanla oyun mənim üçün xüsusi əhəmiyyət daşımayacaq
Futbol üzrə Rusiya yığmasının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində millimizə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bunları dilə gətirib:
“Azərbaycanla oyun mənim üçün xüsusi əhəmiyyət daşıyırmı? Niyə ki? Azərbaycan tərəfinin mənə yığmada oynamaq təklifi artıq keçmişdə qalıb. Deməzdim ki, bu oyun mənim üçün xüsusi əhəmiyyət daşıyacaq. Adi bir oyun olacaq. Hansı ki, həmin oyunda Braziliyada keçiriləcək dünya çempionatına vəsiqənin taleyi həll olunacaq”.
