12 sentyabr 2013 01:11
Xəzər Lənkəranı Bakı ilə matça Melkiore hazırlayır
Topaz Premyer Liqasının 6-cı turunda "Bakı"nı qəbul edəcək "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi ötən gün iki dəfə məşq edib.
Saat 10:00-da səhər məşqinə çıxan "Xəzər Lənkəran" 1 saat 20 dəqiqə ərzində taktiki çalışmalarla məşğul olub. Saat 18:00-da başlayan axşam məşqi isə bütövlüklə fiziki hazırlığın yaxşılaşdırılmasına hesablanıb və fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin başçılığı altında keçirilib. Melkiore rəngarəng tapşırıqlarla "ağ-yaşıllar"ı əldən salıb. Son zamanlar yüngül məşqlərə öyrəşən futbolçuların belə ağır fiziki hazırlığa alışmadıqlarını söyləməyə əsas var.
Əlavə olaraq bilidrək ki, U-21 millsinin düşərgəsindən qayıdan Ağabala Ramazanov hər iki məşqdə iştirak edib. Makedoniya millisinin üzvü Nikola Qliqorov isə sentyabrın 12-də Lənkəranda olacaq. (12-ci oyunçu)
