11 sentyabr 2013 13:19
Bakı Lansa məğlub oldu (VİDEO, FOTOLAR)
"Bakı"nın U-15 komandasının Fransadakı təlim-məşq toplanışı davam edir. Azerisport.az xəbər verir ki, paytaxt klubunun futbolçuları dünən "Lans"ın "A" komandasının oyunçuları ilə görüşüblər.
Baş məşqçi Antuan Kambuarenin də iştirak etdiyi görüşdə Fransa klubunun oyunçuları gənc futbolçularımıza dəyərli məsləhətlər veriblər, həmçinin onlarla futbol sirlərini bolüşüblər. Nümayəndə heyətimizin üzvləri keçirilmiş görüşdən xoş təəssürat və böyük ümidlərlə ayrılıblar.
Tədbirdən sonra "Bakı" və "Lans"ın U-15 komandalarının arasında yoldaşlıq oyunu keçirlib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyun 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
