12 sentyabr 2013 01:35
Azərbaycanlı hakim Moldova – Uels matçında 7 sarı vərəqə göstərdi (FOTO)
Azərbaycanlı FİFA referisi Rəhim Həsənov 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2015-in seçmə mərhələ oyunun idarə edib. Azerisport.az xəbr verir ki, o, Tiraspoldakı “Şerif” stadionunda Moldova – Uels qarşılaşmasında fit çalıb.
Ona yan xətt hakimləri Yaşar Abbasov və Mübariz Həşimov kömək edib. Dördüncü hakim isə Rauf Cabbarov olub.
Oyuna gəlincə, tərəflər 90 dəqiqə ərzində qapılara qol vura bilməyiblər. Həsənov bu oyunda 7 sarı vərəqə göstərib ki, onlardan dördü meydan sahiblərinin, üçü isə qonaq komandanın üzvlərinə qismət olub.
