11 sentyabr 2013 13:45
Xəzər Lənkəranın futbolçusu milli komandada ehtiyatda qaldı
Futbol üzrə Makedoniya yığması DÇ-2014-ün seçməm mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda doğma divarlar arasında Şotlandiya ilə qarşılaşıb.
Oyun şotlandların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Makedoniyalıların heyətində “Xəzər Lənkəran”ın üzvü Nikola Qliqorovun da bu oyunun iştirakçısı olmaq şansı var idi. Amma baş məşqçi onun sonadək ehtiyatda saxlayıb.
