11 sentyabr 2013 14:29
Kazbek Tuayev Rusiyaya meydan oxudu
Veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- Öncə yığmamızın İsraillə səfər oyunu barədə fikirlərinizi bilmək istərdik...
- Bunu heç vaxt etməmişəm. Amma indi yığmamızı dəstəkləmək istəyirəm. Komandamızın indiki oyunu xoşuma gəlir. İsraillə oyunda həm müdafiə, həm də orta sahə sanballı təsir bağışlayırdı. Rauf Əliyevə ümumiyyətlə əhsən! Berti Foqtsun oyundan sonrakı narazılığını başa düşə bilmirəm. Onun beş ildi tətbiq etdiyi taktikadan da əl çəkməməsini anlamıram. Biz anadangəlmə hücum etməyi xoşlayan olmuşuq. Bilmirəm bu, öncədən planlaşdırılmışdı, ya yox, amma İsraillə səfər matçındakı taktika çox düzgün seçilmişdi. İsraillə matç bizim oyun etalonumuzdu. Xüsusilə də ikinci hissədəki.
- Oyundan sonra rəqib komandanın futbolçuları yığmamıza qalib gələ bilmədiklərinə görə özlərinə yer tapa bilmirdilər...
- Yığmamızın sərgilədiyi oyunun fonunda onlar zəif çıxış etdilər. Allah Rəşad Sadıqova, Kamran Ağayevə, Mahir Şükürova, Elnur Allahverdiyevə can sağlığı versin. İsraillə oyunu təsadüf saymıram. Rusiyalı jurnalistlərin də həyacan təbili çalması başadüşüləndi. Onlar bizdən qorxurlar. Yevgeni Lovçev hədər yerə Azərbaycanı almaq lazım olduğunu zarafat etməyib. Amma qoy bilsinlər ki, biz satın alınmırıq. Biz özümüz kimi lazımdısa, ala bilərik.
- Hətta belə?
- Lovçevlə Bışovets futbolu yaxşı bilən insanlardılar və yaxşı başa düşürlər ki, biz indi zəif oynamırıq. Onlar hələ də bizi Moskvada necə yendiklərini unutmayıblar. Hakimin uydurma penaltisinə, Bıstrovun həmin epizoddakı qəhrəmanlığına təşəkkür etsinlər. Məncə, sərgilədiyimiz oyuna görə biz Rusiya və Portuqaliyadan sonra qrupun üçüncü komandasıyıq. Şimali İrlandiyaya qalib gələcəyimizlə bağlı kimlə lazım olsa, mərc edərəm. Biz indi elə oynayırıq ki, hətta Rusiya da əsir və DÇ-2014-ə birbaşa vəsiqəni qaçıracağından qorxur.

- Deməli, Berti Foqtsa işinə görə sağ ol düşür?
- Alman mütəxəssisin burda nə dərəcədə əli var, bilmirəm. Amma bizim anadangəlmə keyfiyyətlərimiz texnika, fərasət, cəldlik və hiyləgərlikdi. Son oyunumuzda bütün bunları görmək olardı. Əhsən uşaqlara! Bu oyunla Şimali İrlandiyanı mütləq məğlub etməliyik.

- Bəs Rusiya ilə oyundan nə gözləyirsiz?
- Rusiyaya Lüksemburq və Şimali İrlandiya ilə son oyunlarındakı qədər asan olmayacaq. Onlar futbolu bizim ifamızda görəcəklər. Bu arada jurnalistlərə müraciət etmək istərdim. Bəsdi futbolçularımızı tənqid etdiniz. Əcnəbi jurnalistlər öz oyunçularını elə tərifləyirlər ki, gülməmək olmur. Siz də futbolçularımızı tərifləyin. Bu, onlara sadəcə inam qazandıra bilər.

- Amma Foqts hər uğurlu oyundan sonra ilk növbədə jurnalistləri futbolçuları tərifləməməyə çağırır...
- Mən isə əksini düşünürəm. Qoy öz köməkçilərini tənqid etsin. Biz şərq insanlayırıq, bunu sevirik.
- Almaniyalı mütəxəssis İsraillə oyundan öncə sizin açıqlamanıza da sərt şəkildə toxunmuşdu və 3 oyuna 10 xal yığmaqla bağlı dediyiniz fikirləri tənqid etmişdi...
- Bizə xal yox, yaxşı oyun lazımdı. Biz ki qrupdan çıxmağa iddia etmirik. Bax buna görə elə demişdim. Məsələ 7-8-9 xal toplamağımızda deyil. Çünki o, bizə heç nə vermir. Bizim potensialımız qrupdan çıxmaq üçün oynamağımıza imkan verir. Bu, mənim şəxsi fikrimdi.