11 sentyabr 2013 14:47
Vidadi Rzayev: Vaxtımız az olduğu üçün bir qədər tez qərar qəbul etməliyik
Birinci Divizionda iştirakı təsdiqlənin Gəncənin "Kəpəz" komandası heyəti formalaşdırmağa başlayıb. Baş məşqçi Vidadi Rzayevin azerisport.az saytına verdiyi məlumata görə, hazırda düşərgədə 40 futbolçu var.
Amma birinciliyin startına qədər komandada yalnız 20 futbolçu saxlanılacaq: "Hazırda seçim edirik. İstəyirik təcrübəlilərlə gənclərdən qurulan güclü komanda yaradaq. Vaxtımız az olduğu üçün bir qədər tez qərar qəbul etməli oluruq. Yəqin komandada 20 və ya 22 futbolçu saxlayarıq. Digərləri isə düşərgəni tərk edər. Tez bir zamanda komanda formalaşdırmaq çətindi. Amma başqa yolumuz yoxdu. İlk oyunlar seçimimizin nə qədər doğru olub olmadığını göstərəcək”.
