11 sentyabr 2013 16:43

Xəzər Lənkəran da Neftçi, AZAL və Bakının yolunu getdi

“Xəzər Lənkəran” Avropa Klublar Assosiasiyasına (ECA) üzv qəbul olunub. Azerisport.az xəbər verir ki, bu barədə ECA-nın rəsmi saytı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, ECA-nın İsveçrənin Cenevrə şəhərində keçirilən 11-ci Baş Assambleyasında 19 komanda qurumun üzvülüyünə qəbul olunub: "Xəzər Lənkəran" (Azərbaycan), Atletik, Real Sosyedad (hər ikisi İspaniya), Turku, İnter (hər ikisi Finlandiya), Videoton, Budapeşt (hər ikisi Macarıstan), İrtış, Şaxtyor (hər ikisi Qazaxıstan), Atromitos (Yunanıstan), Şamrok Rovers (İrlandiya), Reykyavik (İslandiya), Makkabi (Təl-Əviv, İsrail), Udineze (İtaliya), Krusaders (Şimali İrlandiya), Molde (Noveç), Vasluy (Rumıniya), Motervell (Şotlandiya), Olimpiya (Sloveniya).
 
Bununla da ECA üzvlərinin sayı 214-ə çatıb. Üzvlərdən 105-i fövqəladə, 109-u isə assosiativdi. Onlar 2015-ci ilədək fəaliyyətdə olacaqlar. ECA son toplantısında UEFA tərəfindən avrokuboklardan kənarlaşdırılan "Fənərbaxça" və "Beşiktaş"ı fövqəladə üzvlükdən assosiativ üzvlüyə endirib. Təşkilatın nizamnaməsinə əsasən avrokuboklara qatılmaq yasağı olan klublar fövqəladə üzv ola bilməz.
 
Baş Assambleyasının iclasında Karl-Haynts Rummenigge növbəti 2 il müddətinə qurum prezidenti seçilib. Bundan başqa 3 vitse-prezident, baş katib və 11 İdarə Heyəti üzvü də müəyyənləşib.
 
Qeyd edək ki, "Xəzər Lənkəran"dan başqa Azərbaycan klublarından "Neftçi", "Bakı" və AZAL da ECA-nın üzvüdü. "Neftçi" fövqəladə, "Bakı", AZAL və "Xəzər Lənkəran" assosiativ üzv statusu daşıyır.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.