11 sentyabr 2013 17:09
Premyer Liqada 6-cı turun 4 oyunu canlı yayımda!
Topaz Premyer Liqasının dörd oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, azarkeşlər adları aşağıda göstərilmiş qarşılaşmaları canlı izləmək fürsəti qazanacaqlar:
Topaz Premyer Liqası
6-cı tur
12 sentyabr (cümə axşamı)
“Neftçi” – “İnter”
“Bakcell Arena” stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
13 sentyabr (cümə)
“Rəvan” – “Qarabağ”
“Bayıl Arena” stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
14 sentyabr (şənbə)
“Xəzər Lənkəran” – “Bakı”
Lənkəran şəhər stadionu, 19:00 (canlı, “İdman Azərbaycan”)
15 sentyabr (bazar)
AZAL – “Qəbələ”
“AZAL Arena” stadionu, 18:00 (canlı, “İdman Azərbaycan”)
