11 sentyabr 2013 17:28
Vladislav Qədirov: Qarabağa qalib gəlmək istəyirik
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 6-cı turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Ən əsası odu ki, bizdə hazırda heyətlə bağlı problem yoxdu. Yığma komandaların oyunları ilə əlaqədar yaranan fasilə “Rəvan”ın xeyrinə oldu. Növbəti oyunlara hazırlaşmaq üçün daha çox vaxt qazandıq. İndi komandamın tam hazır olduğunu deyə bilərəm. “Qarabağ”la görüşdə yaxşı oyun göstərməyə çalışacağıq. Çempionatın liderlərindən birinə qarşı oynamağımıza baxmayaraq, qələbə qazanmaq istəyirik. Əgər yaxşı futbol sərgiləyə bilsək, nəticə də olacaq”.