12 sentyabr 2013 21:42
“Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik”
“İnter”in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqasının 6-cı turunun “Neftçi” ilə oyunundan sonra yenə mətbuat konfransına gəlməyib. Azerisport.az xəbər verir ki, oyunun sonlarında texniki zonadan da qovulan “bankirlər”in çalışdırıcısının köməkçisi Roman Cəfərov 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Neftçi” klubunu qələbə münasibəti ilə təbrik edirəm. İlk hissədə oyunumuz alınmadı. İkinci hissədə isə daha yaxşı oynadıq. Təəssüf ki, qol imkanlarından istifadə edə bilmədik”.
