12 sentyabr 2013 11:38
Rəvan – Qarabağ oyunu bir saat tez başlayacaq
Topaz Premyer Liqasının 6-cı turunun “Rəvan” – “Qarabağ” oyununun başlama vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Məlumatda bildirilir ki, canlı yayımla əlaqədar olaraq oyunun başlama vaxtı 18:00-a keçirilib.
Topaz Premyer Liqası
6-cı tur
13 sentyabr (cümə)
“Rəvan” – “Qarabağ”
Hakimlər: Səbayel Qurbanova, Azər Əsgərov, Mübariz Haşımov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Əli Hüseynov
“Bayıl Arena” stadionu, 18:00
