13 sentyabr 2013 00:02
Xəzər Lənkəran Bakı ilə ev oyununa hazırlıqarını davam etdirir (FOTOREPORTAJ)
“Bakı”ilə oyunun hazırlığını sürdürən “Xəzər Lənkəran” ötən gün axşam saatlarında əsas meydanda növbəti məşqini keçirib. Azerisport.az xəbər verir ki, ilk olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorenin sərəncamında isinmə hərəkətlərini yerinə yetirən futbolçular daha sonra qısaldılmış meydanda 45 dəqiqəlik iki tərəfli oyun keçirib.
Baş məşqçi Con Toşakın müxtəlif tapşırıq və iradları ilə müşaiyət olunan məşqdə ölkəsinin yığmasından dönən Nikola Qliqorov da iştirak edib. Adıçəkilən futbolçunun dönüşündən sonra “Xəzər Lənkəran” tam heyətlə 6-cı turun ev oyununa hazırlığını davam etdirir.
Bu gün komanda “Bakı” ilə oyunöncəsi son məşqinə çıxacaq.
Məşqdən çəkilən fotoları təqdim edirik:
