12 sentyabr 2013 14:11
Qarabağ Rəvanla oyuna bir ciddi itki ilə hazırlaşır
“Qarabağ” Topaz Premyer Liqasının 6-cı turunun “Rəvan”la oyununa hazırlıqları davam etdirir. Azerisport.az xəbər verir ki, artıq yığma komandaların heyətinə yollanan futbolçular da Bakıya qayıdıblar.
Belə ki, bu gün Gürcüstan yığmasının forvardı Nikolas Gelaşvili, eləcə də Albaniya millisindən qayıdan Admir Teli və Ansi Aqoli də məşqlərə başlayacaqlar.
Ağdamlıların heyətində hazırda bir ciddi itki var. Bu, ayağında ağrılar olan Ulrix Kapolonqodu. O, ötən gün məşqdə zədələnib.
