12 sentyabr 2013 15:35
FİFA Azərbaycanın 107-ci olduğu reytinq cədvəlini rəsmi saytından yığışdırdı (FOTO)
Xəbər verdiyimiz kimi, FİFA bu gün dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni açıqlanan siyahıda səkkiz pillə irəliləyib.
Belə ki, Berti Foqtsun çalışdırdığı komandamız indi 107-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 315 reytinq xalı var.
Lakin maraqlıdı ki, FİFA-nın rəsmi saytı bu reytinq siyahısını açıqlayandan az sonra onu silib. Yəni hazırda yenə avqust ayındakı reytinq cədvəli oxuculara təqdim olunur.
Bu gün açıqlanan reytinq cədvəlinin görüntüsünü təqdim edirik.
