12 sentyabr 2013 15:56
“Azərbaycanla oyunlarda bir qədər bəxtimiz gətirsəydi, indi hesabımızda daha çox xal ola bilərdi”
Futbol üzrə Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsindəki çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında Azərbaycanla oyunları (evdə 0:0, səfərdə 1:1) da yada salıb:
“Tsikl ərəfəsində hədəfimiz beş xaldan artığını yığmaq idi. Artıq bu hədəfimizə nail olmuşuq. Amma bu, o demək deyil ki, biz altı xalla kifayətlənmək fikrindəyik. Əlbəttə, bizi iki ağır oyun gözləyir. Amma Rusiya ilə ev və Portuqaliya ilə səfər oyunlarında da uğur qazanmağa çalışacağıq. Fikrimcə, Azərbaycanla oyunlarda bir qədər bəxtimiz gətirsəydi, indi hesabımızda daha çox xal ola bilərdi”.