12 sentyabr 2013 16:17
Rəşad Sadiqov: 36 turun bütün oyunlarını qələbə ilə başa vura bilmərik
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Sadiqovun azerisport.az saytına müsahibəsi
- “İnter”lə oyundan nə gözləyirsiz?
- Bir həftədən çox idi komanda ilə birgə deyildim. Amma eşitdiyimə görə, uşaqlar bu oyuna ciddi hazırlaşıblar. Son iki turdakı xal itkilərindən sonra komandamız bu oyuna ancaq qələbə üçün köklənib. İddiamız əvvəlki kimi, yüksəkdi.

- “Bakı” ilə oyundakı 0:3 hesablı məğlubiyyət də iddialarınıza heç bir təsir göstərməyib?
- Bir oyuna görə iddialarımız dəyişə bilməz. Gəlin bu məğlubiyyəti bir kənara qoyaq. Uğursuzluq hər bir komandada olur. Axı 36 oyunun hamısında eyni cür oynaya, qələbə qazana bilmərik. Hər bir komanda kimi, bizim də yaxşı oyunlarımızla yanaşı, pis matçlarımız da olacaq. Bundan heç kim sığortalanmayıb. Sadəcə, çalışmaq lazımdı ki, yaxşı oyunlarımızın sayı daha çox olsun.

- “İnter” hazırda autsayderlər qrupundadı və cəmi bir qələbə qazandığı halda, qalan görüşlərini məğlub başa vurub...
- “İnter” hansı pillədə qərarlaşmasından asılı olmayaraq, həmişə təhlükəli rəqib olub. Onların yaxşı heyəti var. Bu komandaya qarşı oynamaq həmişə çətin, həm də xoşdu.
- “İnter” kimi mövsümə uğursuz başlayan komandalardan biri də “Xəzər Lənkəran”dı. Yubileyində Azərbaycan çempionu olmaq istəyən bu komandanın durumu barədə nə deyə bilərsiz?
- Düzünü deyim ki, mən onların belə çıxış edəcəyini gözləmirdim. Avropa Liqasından sonra onlar hələ də özlərinə gələ bilmirlər. Amma mən əminəm ki, “Xəzər Lənkəran” bu uğursuz zolaqdan çıxmağı bacaracaq.

- Yığmamızın İsraillə oyununda niyə iştirak etmədiniz?
- Bu, Berti Foqtsun qərarı idi. Onun məni konkret olaraq nəyə görə ehtiyatda saxlamasının səbəbini bilmirəm. Baxmayaraq ki, mən oynayacağımı gözləyirdim.

- Ola bilər ki, almaniyalı mütəxəssisin bu qərarına “Neftçi”nin uğursuz çıxışı səbəb olub?
- Düşünmürəm. Mümkündü ki, bu, onun səfər oyunu üçün seçdiyi taktikadan irəli gəlirdi.

- Millinin oyunu kənardan necə görünürdü?
- Pis oynamadıq. Düzdü, ilk 15 dəqiqədə komandamızda həyacan hiss olunurdu. Rəqibin pressinqi zamanı tez-tez topu itirirdik. Bütövlükdə, komandamız yaxşı çıxış etdi, yaxşı nəticəyə nail oldu.