12 sentyabr 2013 16:38
Vaqif Sadıqov: AZAL Qarabağ üzərindəki qələbəni unudub
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 6-cı turunun “Qəbələ” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Bəzi futbolçularımızın zədəli olmasına baxmayaraq, bu oyuna var gücümüzlə hazırlaşırıq. Öz meydanımızda oynayacağıq. Buna görə də müsbət nəticəyə nail olmaq fikrindəyik. Rəqibimiz mövsümə yaxşı başlayıb. “Qəbələ”nin heyətində yüksək səviyyəli futbolçular var. Buna baxmayaraq, qələbəyə oynayacağıq. Komandam artıq “Qarabağ” üzərindəki qələbəni unudub və tam olaraq “Qəbələ” ilə görüşə köklənmişik”.