12 sentyabr 2013 17:31
Yığmamızın üzvlərinə oyun qaydaları izah olundu (FOTOLAR)
Xəbər verdiyimiz kimi, 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakı şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın Futbol Akademiyasında Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov tərəfindən yığmanın üzvləri üçün oyun qaydaları ilə bağlı seminar keçirilib.
X.Məmmədov qaydalar barədə ətraflı məlumat verib, futbolçuların suallarını cavablanırıb.
