12 sentyabr 2013 17:52
Simurq Sumqayıtla oyun üçün hazırlıqlarını davam etdirir
Artıq dünəndən məşqləri bərpa edən "Simurq" "Sumqayıt"la oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Bədən Tərbiyyəsi və İdman Akademiyyasının meydançasında çalışmalara başlayan "sarı-qaralar" məşqə isinmə hərəkətlərilə start verib.
Bundan sonra iki qruppaya bölünərək "kvadrat" oynayıblar. Hazırlığın əsas hissəsində isə taktiki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib.
Qeyd edək ki, Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Simurq” “Sumqayıt”ı Qəbələ şəhər stadionunda qonaq edəcək. Sentyabrın 15-də keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək. Oyunun baş hakimi isə Rəhim Həsənov olacaq.
