13 sentyabr 2013 20:53
“Rəvan bu günə qədər olan ən yaxşı oyununu göstərdi”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Topaz Premyer Liqasının 6-cı turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəvan”da işləməyimə baxmayaraq, avrokuboklarda “Qarabağ”a azarkeşlik edirdim. Qurban Qurbanovu uğuru münasibəti ilə təbrik edirəm. “Qarabağ” çempionatımızın ən güclü komandalarından biridi. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə işimizə yaradı. Hər dəfə baxımlı oyun göstərmək olmur. Fikrimcə, komandam bu günə qədər olan ən yaxşı oyununu göstərdi”.
