13 sentyabr 2013 11:10

Qurban Qurbanov: Millinin İsraillə heç-heçəsi Qarabağa müsbət təsir göstərəcək

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun azerisport.az saytına müsahibəsi

- “Rəvan”la oyuna necə hazırlaşa bilmisiz?
- Bəzi legionerlər yenicə komandaya qoşulublar. Onların yoxluğunda hazırlaşmalı olurduq. Nikolas Gelaşvili, Admir Teli və Ansi Aqoli yalnız ötən gün komanda ilə məşqlərə başlayıblar.
 
- Yığmamızdan qayıdan futbolçuların vəziyyəti necədi?
- Normal. Kimlər ki oynamamışdı, komandaya qayıtdığı günün sabahı məşqlərə başlamışdı.
 
- Adətən, millinin oyunları komandanıza mane olur. Demək olar ki, bu dəfəki fasilə Avropa Liqasındakı Almaniya “Ayntraxt”ına məğlubiyyəti unutmaq baxımından faydalı oldu?
- İstənilən halda komanda özünə gəlməli idi. Futbolda belə şeylər olur. Psixoloji səddi mümkün qədər tez aşmalıydıq. Bu mənada İsraillə oyun onlara müsbət təsir göstərəcək.
 
- Bəs siz özünüzü necə hiss edirsiz?
- Mən bütövlükdə pis deyiləm. Mən də çempionat oyunlarına köklənməyə çalışıram (gülür).
 
- Millinin İsraillə oyunu barədə heç nə demədiniz...
- Komandamız yaxşı oyun göstərdi. Məncə, müsbət nəticə ilə qayıtdılar.
 
- Amma millini tənqid edənlər də tapıldı...
- Amma nəticəni nəzərə almaq lazımdı. Komandada birinci hissədə müəyyən problemlər var idi. Komandamız yenə də qol vəziyyətləri yaradırdı, top saxlamağa çalışırdı. Bütövlükdə, futbolçular döyüşdülər və göstərdilər ki, nəticə qazanmaq istəyirlər.
 
- “Rəvan” barədə nə düşünürsüz?
- Rəqibin oyunlarına baxmışam, heyətinə nəzər salmışam. Mövsümə pis start versələr də, nəticə verən futbolçulara malikdilər. Bu çempionatda zəif komanda yoxdu. Həm də son turda “Rəvan” qələbə qazanıb.
 
- Ondan öncə isə “İnter” tərəfindən darmadağın edilmişdi (1:5)…
- Bu, o demək deyil ki, biz də bu komandanı asanlıqla məğlub edəcəyik. Hətta həmin oyunda da “Rəvan” pis təsir bağışlmamaışdı. Öz meydanlarında oynayacaqlar. Vladislav Qədirovu yaxşı tanıyıram. O, top saxlamağa üstünlük verən mütəxəssisdi. Bu oyunda uğur qazanmaq bizə çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.