13 sentyabr 2013 11:42
Bakı Xəzər Lənkəranla oyuna hazırlığı davam etdirir
“Bakı” “Xəzər Lənkəran”la oyuna hazırlıqlarını bu gün səhər vaxtlarında keçirdiyi məşqlə davam etdirib. Azerisport.az xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altında kluba məxsus bazada baş tutan məşq saat yarım davam edib.
Fiziki və taktiki təmrinlərdən ibarət olan məşq isinmə hərəkətləri ilə başlayıb. Aqil Məmmədov və Vuqar Mustafayev komandadan ayrı çalışıblar.
Xatırladaq ki, Topaz Premyer Liqasının 6-cı turu cərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" matçı sentyabrın 14-də Lənkəran şəhər stadionunda baş tutacaq və saat 19:00-da start götürəcək.
