13 sentyabr 2013 11:53
Milinko Pantiç: Favorit Xəzər Lənkərandı
“Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının 6-cı turunun “Xəzər Lənkəran”la qarşıdakı oyuny barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis klub saytına açıqlamasında bunları söyləyib:
“Xəzər Lənkəran” Azərbaycanın iddialı klublarından sayılır, Con Toşak isə dünya səviyyəli bir mütəxəssisdi. Təbii ki, belə güclü məşqçi və futbolçulara malik olan komanda ancaq çempionluq barədə düşünə bilər. Lənkəranlıların əlavə üstünlüyü onların möhtəşəm azarkeşləridi. Mənim fikrimcə "Xəzər Lənkəran" matçın favoritidi. Buna baxmayaraq biz çalışacağık ki yaxşı nəticə ilə Bakıya dönək".
Xatırladaq ki, Topaz Premyer Liqasının 6-cı turu cərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - "Bakı" matçı sentyabrın 14-də Lənkəran şəhər stadionunda baş tutacaq və saat 19:00-da start götürəcək.
