13 sentyabr 2013 12:46
Rəvan Qarabağla oyuna hazırlığı başa vurdu
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Rəvan” "Qarabağ”ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, bu gün keçiriləcək görüş öncəsi “aslanlar” ötən axşam "Bayıl stadionu”nda son məşqinə çıxıb.
Baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında 1 saat davam edən məşqdə futbolçular oyunöncəsi son hazırlıqları yerinə yetirib. Taktiki-texniki çalışmaların ardından futbolçular asmalar və onların qapanması, o cümlədən qapıya zərbələr və standart vəziyyətlər üzərində işləyib.
Qeyd edək ki, "Rəvan” – "Qarabağ” oyunu "Bayıl Arena”da keçiriləcək və görüş saat 18:00-da başlayacaq. Qarşılaşmanın "İdman Azərbaycan” telekanalı vasitəsi ilə canlı yayımlanacağını da qeyd edək.
