14 sentyabr 2013 20:49
Nduka oynadı, Popoviç yenə debüt edə bilmədi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 4-cü oyunları keçirilir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda evdə “Ankaraspor”la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Usim oyuna start heyətdə çıxıb. O, 90 dəqiqə meydanda olub. Son məşqlərin birində zədələnən Popoviç isə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 4 xalla 14-cü pillədə qəraraşıb.
Türkiyə PTT Birinci Liqası
4-cü tur
14 sentyabr
Tavşanlı Linyitspor - Ankaraspor - 0:0
