14 sentyabr 2013 23:30

Ariflə Saşanın oynadığı matç yarıda qaldı (YENİLƏNİB)

Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 4-cü oyunları keçirilir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Denizlispor” klubu da bu gün növbəti matçına çıxıb.

Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda evdə “Samsunspor”la qarşılaşıb. Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Yeni baş məşqçi Serdar Dayat nəhayət ki, hər iki futbolçumuzu bu oyunda start heyətdə meydana buraxıb.
 
Lakin bu oyun yarıda qalıb. Belə ki, görüşün 57-ci dəqiqəsində "Dənizli Atatürk" stadionunun işıqlandırma sistemində problem yaranıb. Problem aradan qaldırılmayınca hakim görüşün yarıda saxlanılmasına qərar verib. Güman ki, oyun başqa bir tarixdə qaldığı yerdən davam etdiriləcək.  
 
Qeyd edək ki, “Denizlispor” hazırda 3 xalla 15-ci pillədə qərarlaşıb.

Türkiyə PTT Birinci Liqası
4-cü tur
14 sentyabr
 
Denizlispor - Samsunspor - 1:0 (matç başa çatmayıb)
Qol: Barış Örücü, 51.
 
Matçın 24-cü dəqiqəsində rəqib futbolçu ilə toqquşan Arif İsayevin başı partlasa da, həkimlər onun qısa zamanda başı sarıqlı halda meydana dönməsinə nail olublar

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.