15 sentyabr 2013 00:05
Davud Kərimi yenə oynamadı, komandası ilk qələbəsini darmadağınla qazandı (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası evdə “Bucaspor”la qarşılaşıb. Meydan sahibləri kifayət qədər inamlı qələbəyə seviniblər.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, baş məşqçi Mustafa Ceviz Davudun adını matçın iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, “Fethiyespor” məhz bu qələbə sayəsində topladığı ilk 3 xal sayəsində 15-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
4-cü tur
14 sentyabr
Fethiyespor - Bucaspor - 4:0
