14 sentyabr 2013 20:52
Xəzər Lənkəran da qələbə qazanarmış (YENİLƏNİB)
Topaz Premyer Liqasında 6-cı tur həyacanı davam edir. Azerisport.az xəbər verir ki, üçüncü oyun günündə daha bir görüş keçirilib.
Cari mövsüm işləri heç də yaxşı getməyən komandalardan biri - “Xəzər Lənkəran” doğma divarlar arasında “Bakı” ilə münasibətlərinə aydınlıq gətirib. Oyunda hesabı qonaqlar açıblar. Amma sonradan daha əzmkar oyun sərgiləyən meydan sahibləri Mbillanın dublu sayəsində bu mövsüm ilk qələbəsini qazanıb.
Topaz Premyer Liqası
6-cı tur
14 sentyabr (şənbə)
Xəzər Lənkəran – Bakı - 2:1 (1:1)
Qollar: M.Kalonas, 7 (0:1), E.Mbilla, 27 (1:1), E.Mbilla, 47 (2:1)
Matçın 32-ci dəqiqəsində F.Nildo penaltidən yararlana bilməyib (qapıçı).
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Elşən Acalov, Teymur Fərhadov.
Lənkəran şəhər stadionu.
XƏZƏR LƏNKƏRAN: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 10. Elnur Abdullayev, 11. Zohair Benouahi (55, Ağabala Ramazanov, 67), 12. Franko Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla (7. Sadio Tounkara, 64), 22. Deyvid Sakkoni (23. Nikola Qliqorov, 80), 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 8. Edu Oriol, 18. Tural Cəlilov, 21. Radomir Todorov.
BAKI: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonsales, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov (27. Rəhman Hacıyev, 84), 11. Rauf Əliyev, 12. Etto, 20. Mindauqas Kalonas (19. Marius Pena, 79), 21. Elvin Məmmədov (10. Aleksandr Şoliç, 57), 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauski, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev.
Turun digər oyunları: Neftçi – İnter – 3:1, Rəvan – Qarabağ – 1:1. 15 sentyabr (17:00. Simurq – Sumqayıt, 18:00. AZAL – Qəbələ).
| 1 | Qarabağ | 6 | 4 | 1 | 1 | 11 | 4 | +7 | 13 |
| 2 | Neftçi | 6 | 4 | 1 | 1 | 10 | 5 | +5 | 13 |
| 3 | AZAL | 5 | 4 | 0 | 1 | 6 | 5 | +1 | 12 |
| 4 | Qəbələ | 5 | 3 | 0 | 2 | 8 | 6 | +2 | 9 |
| 5 | Bakı | 6 | 3 | 0 | 3 | 13 | 5 | +8 | 9 |
| 6 | Simurq | 5 | 2 | 1 | 2 | 4 | 5 | –1 | 7 |
| 7 | XL | 6 | 1 | 3 | 2 | 3 | 6 | –3 | 6 |
| 8 | Rəvan | 6 | 1 | 1 | 4 | 3 | 15 | –12 | 4 |
| 9 | Sumqayıt | 5 | 1 | 1 | 3 | 4 | 9 | –5 | 4 |
| 10 | İnter | 6 | 1 | 0 | 5 | 11 | 13 | –2 | 3 |
Bombardirlər:
4 - Mindauqas Kalonas (Bakı).
3 - Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Viktor İqbekoyi (AZAL), Baçana Sxadadze (İnter), Vaqif Cavadov (İnter).
