13 sentyabr 2013 12:57
Azərbaycan - Rusiya matçının başlanma saatı açıqlandı
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 15-də keçiriləcək Azərbaycan - Rusiya oyununun başlanma saatı açıqlanıb. Azerisport.az xəbər verir ki, qrup mərhələsi çərçivəsində sonuncu oyunlar olduğuna görə, FİFA-nın qərarı ilə qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu oyun "Bakcell Arenada" keçiriləcək. Bundan bir neçə gün öncəyə təsadüf edəcək Şimali İrlandiya ilə oyunumuz da eyni arenada baş tutacaq.
Yeri gəlmişkən qeyd edək ki, Rusiya ilə oyunun gec başlaması ilə əlaqədar olaraq, AFFA rəhbərliyi iş vaxtının uzadılması ilə bağlı Bakı Metropoliteninin rəhbərliyinə müraciət edəcək. (AFFA)
