14 sentyabr 2013 00:29
Millimizin sabiq hücumçusu rəsmən Super Liqa klubunda (FOTO)
Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Murad Hüseynovun Serbiyanın "Sloboda" klubuna keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, Super Liqa klubu futbolçumuzu ictimaiyyətə təqdim edib.
Rəsmi saytın açıqlamasında qeyd olunur ki, Murad bu gün yeni klubunda debüt edə bilər. Qeyd edək ki, “Sloboda” hesabat turunda “Partizan”la qarşılaşacaq.
Qeyd edək ki, karyerasına Rusiyada başlayan Murad 2006/07 mövsümündə "Anji"nin formasını geyinib (22 oyun, 5 qol). Daha sonra ardıcıl olaraq Rusiyada "Şinnik" (Yaroslavl, 2008) və "Şeksna" (Çerepovets, 2008, 13 oyun) klublarında çıxış edən hücumçu 2009-cu ildə Serbiyaya üz-tutub və iki il "Mladost"da (Lusani, 14 oyun, 1 qol) oynayıb. O, məhz bu klubda çıxış edərkən - 2011-ci ildə milliləşdirilərək, yığmamıza cəlb olunub. 2011-2012-ci illərdə "Qəbələ"də çıxış edən (24 oyun, 4 qol) futbolçu ötən il "Sumqayıt"a transfer olunub və bu ilin əvvəlinədək 5 oyun keçirib.
Hüseynov milli komandamızda 5 oyun keçirib və 1 qol vurub.
