14 sentyabr 2013 01:25
Neftçi çempion!
“Neftçi”nin 2000-ci il təvəllüdlü futbolçularından ibarət komandası 1-ci Əlincə kuboku turnirinin qalibi olub. Azerisport.az xəbər verir ki, baş məşqçi Eldəniz Məmmədovun rəhbərlik etdiyi komandamız dairəvi sistemlə keçirilən yarışda 3 oyun keçirib.
“Əlincə” ilə heç-heçə oynayan (0:0) yeniyetmələrimiz “Bakı” (5:1) və “İnter”i (5:0) böyük hesabla məğlub edərək kuboku başı üzərinə qaldırıb.
