13 sentyabr 2013 14:12
Saşa Stamenkoviç: Belə hiyləgər futbolçulara qarşı oynamaq həmişə çətindi
“Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin azerisport.az saytına müsahibəsi
- “İnter” üzərindəki qələbə ilə bağlı nə deyə bilərsiz?
- İki ardıcıl uğursuz oyundan sonra bizə belə bir inamlı qələbə qazanmaq çox lazım idi. “İnter” də elə komandadı ki, belə bir rəqib üzərində qələbə yenidən özünəinamı geri qaytarmağa çox kömək edir.
- İki ardıcıl uğursuz oyundan sonra bizə belə bir inamlı qələbə qazanmaq çox lazım idi. “İnter” də elə komandadı ki, belə bir rəqib üzərində qələbə yenidən özünəinamı geri qaytarmağa çox kömək edir.
- Amma bu mövsüm “İnter” heç də özünə bənzəmir...
- Etiraf edim ki, onların autsayderlər qrupunda yer almasının səbəbini bilmirəm. Onların potensialı daha yüksək pillərdə olmalarına imkan yaradır. Əminəm ki, bu komanda tezliklə qələbə qazanmağa başayacaq.
- Öz oyununuz barədə isə hələ ki, heç bir söz deməmisiz...
- Biz bu matçda yaxşı oynadıq. Fikrimcə, layiqli şəkildə qələbə qazandıq. Artıq ilk hissədə üç qol vurmuşduq. Halbuki, yaratdığımız qol epizodlarını nəzərə alsaq, daha çox fərqlənə bilərdik.
- Bəs ikinci hissədə üstünlüyü niyə rəqibə verdiniz?
- Əlbəttə, biz də ilk yarıdakı oyunumuzun davamını gətirmək istərdik. Amma rəqibin də istəyini nəzərə almaq lazımdı. Onlar da böyük hesabla məğlub olmaq istəmirdilər və ikinci hissədə daha yaxşı oynamağa çalışdılar. Əgər bütün oyunlarda ilk yarıdakı kimi çıxış etsək, onda bizi heç kim saxlaya bilməz.

- Vaqif Cavadovun sizə üç qol vurmaq şansı olsa da, onlardan yalnız birinə imkan verdiniz...
- O, təhlükəli hücumçudu. Belə hiyləgər futbolçulara qarşı oynamaq həmişə çətindi.
- “İnter” üzərindəki qələbə “Neftçi”in sonrakı oyunlarda da inamlı çıxış etməsinə imkan verəcək?
- Bəli, komandamız bundan sonra daha inamlı çıxış edəcək, nəinki bundan əvvəlki iki turdakı kimi. “Neftçi”nin yenidən qayıtdığını demək olar. Arabir uğursuz nəticələr isə hər bir komandada olur.
- Bəli, komandamız bundan sonra daha inamlı çıxış edəcək, nəinki bundan əvvəlki iki turdakı kimi. “Neftçi”nin yenidən qayıtdığını demək olar. Arabir uğursuz nəticələr isə hər bir komandada olur.